12676
409
82
Haqqımızda
Ümumi Məlumat
Azərbaycan Respublikası Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (bundan sonra «İttifaq» adlanacaq) öz üzvlərinin əmək, sosial, iqtisadi hüquqlarını və qanuni mənafelərini müdafiə etmək üçün iş yeri, peşə, ərazi, sahələr üzrə yaradılmış həmkarlar ittifaqı təşkilatlarının ümumölkə birliyidir.
Struktur
Azərbaycan Respublikası Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının daxili strukturu...
Fəaliyyətin Əsas İstiqamətləri
Həmkarlar ittifaqı komitəsinin fəaliyyətinin əsas istiqamətləri əsasən onun qarşısında duran aşağıdakı vəzifələrdən ibarətdir...
AHİK-in Normativ-Metodiki Sənədləri, Tövsiyələri
«Həmkarlar İttifaqları Haqqında» Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə müvafiq olaraq, müəssisənin mülkiyyət formasından asılı olmayaraq, əmək müqaviləsi ilə Həmkarlar ittifaqları üzvlərinə hüquqi yardım xidməti göstərilir.
ATİAHİ-nin Normativ-Metodiki Sənədləri, Tövsiyələri
ATİAHİ Respublika Komitəsinin Reqlamenti, ATİAHİ orqanlarında hesabat-seçkilərin keçirilməsi qaydası haqqında təlimat, ATİAHİ-yə üzv təşkilatlarda kargüzarlığın aparılmasına dair təlimat.
Beynəlxalq Təşkilatlarla Əlaqələr
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi Beynəlxalq Əməkdaşlıq çərçivəsində bəzi ölkələrin uyğun həmkarlar ittifaqı təşkilatları ilə təcrübə və informasiya mübadiləsi məqsədi ilə iki tərəfli əlaqələr qurur, eyni zamanda bir sıra beynəlxalq həmkarlar ittifaqlarının tam hüquqlu üzvüdür.

ATİAHİ Respublika Komitəsi məktəbəqədər təhsil işçiləri və tələbələr üçün bayram düşərgəsi təşkil edib
Müqəddəs Ramazan ayında Novruz bayramı münasibətilə təşkil edilən düşərgəyə 700-ə yaxın ittifaq üzvü cəlb olunub
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının (ATİAHİ) Respublika Komitəsi müqəddəs Ramazan ayında Novruz bayramı münasibətilə “Novruz 2025” adlı düşərgə təşkil edib.
Xaçmaz rayonunun Xuray kəndində yerləşən “Təhsil” İstirahət Mərkəzində təşkil olunan düşərgədə 350-yə yaxın təhsil işçisi,həmçinin həmkarlar ittifaqının üzvü olan 300 nəfərdən artıq ali məktəb tələbələri iştirak edəcəklər.
Düşərgədə ilk 5 gündə, yəni martın 21-dən 25-dək məktəbəqədər təhsil müəssisələrində çalışan təhsil işçiləri, ikinci mərhələdə, yəni, martın 26-dan 31-dək isə müxtəlif ali təhsil müəssisələrindən olan tələbələr iştirak edəcəklər. Düşərgə çərçivəsində bayram proqramları ilə yanaşı, iştirakçıların bilik və bacarıqlarının inkişafına yönəlmiş intellektual oyunların və maarifləndirici tədbirlərin təşkili nəzərdə tutulub.
Düşərgənin açılış mərasimində Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin birinci müavini Tehranağa Abdullayev çıxış edərək ATİAHİ Respublika Komitəsinin sədri Araz Paşayevin Novruz bayramı münasibətilə təbriklərini çatdırıb. T.Abdullayev düşərgədə iştirak edən respublikanın müxtəlif bölgələrindən olan məktəbəqədər təhsil müəssisələrində çalışan ittifaq üzvlərinə xoş istirahət və gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Martın 21-dən 25-dək “Novruz-2025” düşərgəsi iştirakçılara vaxtlarını səmərəli keçirmək, istirahət, məktəbəqədər təhsil işçilərinin uşaqları üçün isə rəngarəng əyləncə proqramı kimi imkanlar təqdim edəcək. “Novruz 2025” bütövlükdə iştirakçıların sosial inkişafını dəstəkləməklə yanaşı, onların komanda işi və yaradıcılıq bacarıqlarının artırılmasına şərait yaradacaq.
Beş günlük proqram çərçivəsində məktəbəqədər təhsil müəssisələrində çalışan təhsil işçilərinin iştirakı ilə mədəniyyət və incəsənət tədbirləri, əyləncəli şou proqramlar təşkil olunacaq, komanda quruculuğuna dair fəaliyyət istiqamətində əməkdaşlıq və ünsiyyət bacarıqları müzakirə ediləcək. Həmçinin düşərgə iştirakçıları üçün psixoloji dəstək seminarları keçiriləcək.
Düşərgənin ikinci mərhələsində, yəni martın 26-dan 31-dək tələbələr üçün istirahətlə yanaşı, onların bilik və bacarıqlarının inkişaf etdirilməsi məqsədilə intellektual bacarıqlarının təqdimatı üçün geniş imkanlar yaradılacaq. Ümumiyyətlə, “Novruz 2025” düşərgəsi gənclərin təfəkkürünün sosial və akademik inkişafını dəstəkləməyi, o cümlədən onların liderlik, komanda işi və yaradıcılıq bacarıqlarını artırmağı hədəfləyir. Burada tələbələr üçün komanda ruhunun və fiziki aktivliyinin artırılması üçün müxtəlif idman yarışları, onların analitik düşüncə və məntiqi təhlil qabiliyyətlərinin inkişaf etdirilməsinə xidmət edən intellektual oyunlar, mədəniyyət və incəsənət tədbirləri, eyni zamanda, iştirakçıların natiqlik qabiliyyələrinin peşəkar inkişafı, liderlik, şəxsi bacarıqların təkmilləşdirilməsi istiqamətində təlimlər təşkil olunacaq.
Bir sözlə, “Novruz-2025” düşərgəsi gənclərə yeni dostluqlar qurmaq, fərqli təcrübələr qazanmaq və özünü inkişaf etdirmək üçün unikal bir platforma təqdim edəcək.
3/22/2025
Şəhid övladlarından insanlara çağırış - “Qoru! Məhv etmə… Təbiətlə dost ol!"
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ) dəstəyi və "Yonca" Estetik İnkişaf Mərkəzinin təşkilatçılığı ilə “Qoru! Məhv etmə… Təbiətlə dost ol! – Bahar əfsanəsi” adlı tamaşa nümayiş olunub.
Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında baş tutan tamaşanı 350-yə yaxın uşaq izləyib. Tamaşa müasir dövrdə uşaqların texnologiyaya həddindən artıq bağlılığını və təbiətə biganəliyini əks etdirən ekoloji mövzuya həsr olunub.
Tamaşadan öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndərin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Ümummilli Lider Heydər Əliyevin uşaqlarla bağlı dediyi fikirlər əsasında hazırlanmış videoçarx nümayiş etdirilib.
"Yonca" Estetik İnkişaf Mərkəzinin təsisçisi Lalə Zahir tamaşanın mahiyyətindən bəhs edib.
ATİAHİ Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə çıxış edərək mərasim iştirakçılarını Novruz bayramı münasibətilə təbrik edib, ölkəmizdə uşaqların sağlam, xoşbəxt və təhsilli böyüməsinə xüsusi diqqət və qayğı ilə yanaşıldığını diqqətə çatdırıb. M.Cəfərzadə vurğulayıb ki, “Qoru! Məhv etmə… Təbiətlə dost ol! – Bahar əfsanəsi” adlı tamaşa "Zəfər sədası" xor qrupundan ibarət şəhid övladlarının aktyor kimi çıxış etdiyi və ATİAHİ-nin dəstəklədiyi ikinci tamaşasıdır.
Qeyd edək ki, tamaşada hadisələr Ehtiram və bacısının ətrafında cərəyan edir. Onlar təbiəti qorumağın əhəmiyyətini dərk etmədən gündəlik həyatlarına davam edirlər. Ehtiram vaxtını daha çox planşet oyunlarına sərf etsə də, bacısı sosial şəbəkələrdə toxum cücərtməyin hekayəsini paylaşmağa üstünlük verir. Anaları onların bu yanlış vərdişlərdən çəkindirmək üçün onlara təbiətin hikmətini anlatmağa çalışır.
Tamaşa "Zəfər sədası" xor qrupunun şanlı ordumuzun qəhrəmanlığından və milli mənəvi dəyərlərimizdən bəhs olunan çıxışı ilə başa çatıb.
Sonda tədbirin bütün iştirakçılarına və azyaşlı qonaqlara ATİAHİ Respublika Komitəsi tərəfindən bayram hədiyyələri təqdim edilib.
3/19/2025

ATİAHİ-nin üzv təşkilatlarının təşəbbüsü ilə respublikamızın bütün bölgələrində bayram tədbirləri keçirilib
Azərbaycan Respublikası Azad Həmkarlar İttifaqı (ATİAHİ) Respublika Komitəsinin şəhər, rayon və digər üzv komitələrinin təşkilatçılığı ilə Novruz bayramına həsr olunmuş bayram tədbirləri keçirilib.
Tədbirlərdə çıxış edən ATİAHİ-nin yerlərdə olan nümayəndələri Novruz bayramın sülh, əmin-amanlıq, birlik və mehribanlıq rəmzi olduğunu qeyd ediblər
3/19/2025

Şəhidlərimizi QÜRURLA ANIRIQ!


Fibonacci Robot Olimpiadasının möhtəşəm açılış mərasimindən. #AHİK #ATİAHİ #thik #Fibonacci
3/1/2025
Alimlərin "Zəfər düşərgəsi"
2/25/2025
ATİAHİ Respublika Komitəsinin sədri Təhsil Tv - nin qonağı olub
2/22/2025
Bir qrup tələbəyə adlı təqaüd verilib
2/18/2025
ATİAHİ sədri Araz Paşayev İTV-də yayımlanan “Xəbərimiz Var” verilişinin qonağı olub
1/24/2025Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti HİK
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti HİK
Azərbaycan Dövlət Pedaqoji Universiteti HİK
Azərbaycan Dövlət Rəssamlıq Akademiyası HİK
Azərbaycan Dillər Universiteti HİK
Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası HİK
Azərbaycan Memarlıq və İnşaat Universiteti HİK
Azərbaycan Milli Konservatoriyası HİK