Sabunçu rayonunda akademik Zərifə xanım Əliyevanın 100 illik yubileyi qeyd edilib

 
Bakının Sabunçu rayonunda Ulu Öndər Heydər Əliyevin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 100 illik yubileyi qeyd edilib.
ATİAHİ Sabunçu rayon komitəsinin təşkilatçılığı ilə baş tutan tədbirdə rayonun təhsil işçiləri iştirak ediblər.
Çıxış edənlər bildirib ki, Zərifə xanım həkimlik fəaliyyəti ərzində şəfalı əlləri ilə yüzlərlə cərrahiyyə əməliyyatları həyata keçirib. Onun traxoma və qlaukoma xəstəlikləri ilə bağlı apardığı elmi-tədqiqat işləri gənc həkimlər tərəfindən maraqla izlənir, həmçinin mətbuatda dərc olunması klinik göz xəstəliyi sahəsində çalışan həkimlər üçün dəyərli vəsaitə çevrilir. Hər zaman dərin biliyi, insani keyfiyyətləri, nümunəvi davranışları ilə çalışdığı elmi və tibbi müəssisələrin kollektivləri, elm adamları, ictimaiyyət nümayəndələri içərisində böyük nüfuz sahibi olub. O, 150-yə yaxın elmi əsərin, 12 monoqrafiyanın, dərslik və dərs vəsaitlə­rinin, 1 ixtiranın, 12 səmərələşdirici təklifin müəllifi və həmmüəl­lifidir. 
Vurğulanıb ki, Zərifə xanım öz peşəsini sevdiyi kimi, ailəsinə də son dərəcə bağlı qadın olub. Ömür-gün yoldaşı, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevə daim dayaq durub, onu böyük məhəbbətlə sevib. O, ailə davranışları, həyat yoldaşına olan böyük hörməti və sevgisi ilə Azərbaycan ailələrinə qiymətli nümunə olub.
Tədbir digər çıxışlarla davam edib.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo