Suraxanıda qadınlar bayramı münasibətilə tədbir təşkil olunub

Bakının Suraxanı rayonunda 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib.
ATİAHİ Suraxanı rayon komitəsinin təşkilatçılığı ilə baş tutan tədbirdə qadınların cəmiyyətimizdə rolundan, ana adının şərəfindən və ucalığından, Azərbaycan qadının fədakarlığından və iradəsindən danışılıb.
Tədbirdə iştirak edən qadın müəllimlərə və yubileyini qeyd edən ittifaq üzvlərinə Fəxri fərmanlar və hədiyyələr təqdim olunub.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo