Paytaxtın Sabunçu rayonunda iftar süfrəsi təşkil olunub
Aprelin 22-də ATİAHİ Sabunçu rayon komitəsinin təşkilatçılığı ilə iftar süfrəsi təşkil olunub.
Tədbirdə təhsil işçiləri və müəllimlər, şəhid ailələri və digər qonaqlar iştirak ediblər.
İftardan öncə çıxış edənlər müqəddəs Ramazan ayının İslam dünyasında birlik və həmrəyliyə, paylaşıma, yardımlaşmaya xidmət edən dəyərindən, bu ayın gözəlliyindən və saflığından danışıblar.
Həm Birinci Qarabağ müharibəsində, həm də Vətən müharibəsində şəhid olan qəhrəman oğul və qızlardan bəhs edilib, onların ruhlarına dualar oxunub.
 
1650960729668.jpg 3.52 MB

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo